"Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı elə də ciddi şikayətlər yoxdur".
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.
O qeyd edib ki, ölkəyə idxal edilən benzin avro standartlarına cavab verir. Ona görə də şikayətlər o qədər də çox deyil. Doğrudur, Avro-4 və Avro-5 standartlarına uyğun benzinlər köhnə avtomobillərə vurulanda problem yaradır. Amma bu sahədə də ciddi şikayətlər yoxdur.
Bununla belə, R.Həsənovun sözlərinə görə, benzinlə bağlı rəhbərlik etdiyi komitəyə ara-sıra daxil olan şikayətlər araşdırılır.
Komitə sədri satışda olan saxta məktəbli geyimləri barədə də danışıb və deyib ki, buna qarşı mübarizə aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub