Ötən gecə güclü küləklə müşayiət olunan leysan ölkənin şimal-qərb bölgəsində elektrik enerjisi şəbəkəsinə də ziyan vurub.
Mynews.az xəbər verir ki, “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev virtualaz.org-a açıqlamasında bildirib ki, güclü külək Oğuz rayonunun Sincan, Padar, Deymedere, Kərimli, Qarabaldır, Daşüz, Qarabulaq kəndlərində, habelə Qəbələnin Pireli, Tuntul, Karxana, Dizaxlı, Nic və Mirzəbəyli kəndlərinin ərazisində iri gövdəli ağacları kökündən çıxarıb və elektrik enerjisi xətlərinin üzərinə aşırıb.
Küləyin gücü bəzi yerlərdə o qədər şiddətli olub ki, elektrik dayaqları da aşıb. Nəticədə həmin yaşayış məntəqələrində elektrik enerjisi təchizatında fasilələlər yaranıb.
Tanrıverdi Mustafayevin Oğuz rayonundan verdiyi məlumatda bildirilir ki, yaranmış vəziyyətlə bağlı “Azərişıq” ASC-nin əməkdaşları gecədən səfərbər olunub, bölgəyə əlavə mal-material, zəruri texnika göndərilib və güclü küləyin yaratdığı fəsadlar qısa müddətdə aradan qaldırılıb. Elektrik enerjisi ilə təchizat bərpa edilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub