Ət, yağ və südün qiymətində son dövrlər artım müşahidə edilir.
Mynews.az bildirir ki, ötən illərlə müqayisədə ətin 1 kiloqrama görə qiyməti 4-5 manat, yağın 3-4 manat, südün isə hər litrə görə qiyməti 10-30 qəpik bahalaşıb.
Satıcılar bahalaşmaya səbəb kimi bölgələrdəki qiymət artımını göstərir. Fermerlər isə bunu yemin qiymətinin bahalaşması ilə izah edirlər.
Bəs, payız-qış aylarında məhsulların qiymətində artım gözlənilir?
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Metbuat.az-a açıqlamasında deyib: “Mövsümü amillərdən asılı olaraq, kənd təsərrüfatı məhsulları mövsüm bitdikdən sonra bahalaşır. Yeni ilə yaxın məhsulların qiymətinin nəzərə çarpacaq dərəcədə artacağını düşünürəm, xüsusilə süd, yağ və ət məhsullarının. Artıq noyabr ayından artım insanların cibinə təsir etməyə başlayacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub