Azərbaycanda Kredit Zəmanət Fondu yaradılır.
Bu barədə Prezident İlham Əliyev Azərbaycanda sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dövlət dəstəyi ilə bağlı bir sıra tədbirlər haqqında fərman imzalayıb.
“Kredit Zəmanəti Fondunun yaradılması vacib addımdır və kredit bazarının son iki ildə müşahidə edilən kiçilməsi prosesini səngidə bilər”.
Bu sözləri Metbuat.az-a açıqlaması zamanı iqtisadçı Samir Əiyev bildirib.
Onun sözlərinə görə, fondun yaradılması Azərbaycanda son illər özünü daha qabarıq göstərən problem – sahibkarların kredit resurslarına çıxışını məhdudiyyətini aradan qaldıra bilər:
“Dünyanın bir çox ölkələrində kreditlərə zəmanət verən institutlar fəaliyyət göstərir və bu qurumlar kredit risklərinin bir hissəsini üzərlərinə götürməklə sahibkarların maliyyə resurslarına çıxışına dəstək verirlər. Fondun üstünlükləri çoxdur. Bu mexanizm kommersiya kreditləri üzrə ödəmə qabiliyyətinin itirilməsi və ya vaxtında ödəməmə ilə bağlı yaranan riskini aradan qaldırır. Kreditlərinə zəmanət verdiyi şirkətin kreditödəmə qabiliyyətini və borca xidmət vəziyyətini mütəmadi monitorinq edir, onlara borcların idarə edilməsi, bazar perspektivlərinin dəqiq müəyyən edilməsi sahəsində məsləhətlər verir”.
İqtisadçı əlavə etdi ki, iri sahibkarlıq subyektlərindən fərqli olaraq, kiçik və orta sahibkarların girov qoymaq imkanları məhdud, kreditləri qaytarmamaq riskləri isə yüksəkdir. Elə bu risklərə görə banklar kiçik və orta sahibkarlara kredit verməkdə maraqlı deyillər. Nəticədə bazar istisadiyyatının əsas sütunu olan kiçik və orta sahibkarlar resurlar qalır:
“Yeni yaradılacaq Fondun qarşısında çoxlu vəzifələr durur və bir neçə məsələyə xüsusi diqqət yetirməsi yaxşı olardı:
- Fond fəaliyyətində əsas fokusu iri yox, kiçik və orta sahibkarlara yönəltməlidir;
- Maliyyələşmədə iqtisadiyyatın prioritet sahələri nəzərə alınmalı və onlara üstünlük verilməlidir;
- Fond, müvəkkil banklar və borcalanlar arasında risklərin bölünməsi mexanizmləri dəqiq işlənməli, sahibkarın üzərinə risklər az qoyulmalıdır;
- Fond tərəfindən veriləcək təminatın kreditin dəyərinə münasibətdə maksimum nisbəti 50%-də az, 80%-dən çox olmalıdır;
- Zəmanət yerli istehsalın dəstəklənməsinə yönəldilməlidir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub