Maşın bazarında son vəziyyət Avtomobillər bahalaşdı - VİDEO

762
Maşın bazarında son vəziyyət Avtomobillər bahalaşdı - VİDEO

Benzinin qiymətinin qalxmasından sonra bu yanacaq ilə işləyən avtomobillərin dizelə nisbətən ucuzlaşacağını gözləsək də, əksinə oldu. İndi benzinlə işləyən avtomobillər 1500-2000 manat arası, dizellə işləyənlər isə 3 min manata qədər bahalaşıb. Elə buna görə də maşın bazarında bir neçə aydır ki, satıcılar alıcı azlığından, alıcılar isə qiymətlərdən narazıdır.

Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, maşın bazarında qiymətlərin qalxması bir neçə həftədir ki, alış-verişi səngidib. Bazarda çeşidlər çox olsa da, real alıcı tapılmır.
Alıcılar da qiymətlərin əvvəlki aylara nisbətən xeyli artmasından narazıdılar.

Digər modellərə nisbətən yenə də Almaniya istehsalı olan maşınlara tələbat digərlərindən çoxdur.
Rusiya istehsalı olan maşınlara tələbat isə sürətlə azalmaqdadır. Satıcılar deyirlər ki, tələbat daha çox avtomat ötürücülü maşınlara olduğundan rus maşınları artıq o qədər də satılmır.
Benzinin qiymətinin qalxmasından sonra daha çox satılan avtomobillər dizellə işləyənlərdir ki, onların da qiyməti 2-3 min manata qədər qalxıb.

Böyük mühərrikli ciplər isə ümumiyyətlə bazarda çox az gözə dəyir. Satıcılar bunun əsas səbəbinin qiymətlərinin baha olması və yanacaq sərfiyyatı baxımından əlverişsiz olması ilə əlaqələndirirlər.

Bir çox insan qarşıdakı aylarda qiymətlərin aşağı düşəcəyini gözləsə də, satıcılar bunun üçün ciddi bir səbəb olmadığını deyirlər.

Xəbər lenti