ABŞ Mərkəzi Bankı (Federal Ehtiyatlar Sistemi) bu həftə keçiriləcək toplantısında faiz artımına getməyəcək. Mynews.az xəbər verir ki, "Bloomberg" agentliyinin 42 iqtisadçı arasında apardığı sorğunun nəticələrinə görə, dekabrda faiz artımı istisna deyil. Belə ki, ilin sonuna 0,25% artım baş verə bilər. Ekspertlərin fikrincə, FES nümayəndələri oktyabrda balansı 4,5 trln. dollardan aşağı salacaq. Qeyd edək ki, FES-in sentyabr və noyabr aylarında keçiriləcək toplantısında faizləri sabit saxlayacağına dair gözləntilər 98-ə yüksəlib. Qurumun dekabrda keçiriləcək toplantısında isə faiz nisbəti artıracağı yönündə gözləntilər 46 faizə düşüb.
Qeyd edək ki, 2018-ci ildə FES-in üç dəfə faiz artımına gedəcəyi irəli sürülür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub