Qısa müddət ərzində milli iqtisadiyyat 3 dəfədən çox böyüyüb.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Onun sədrinin sözlərinə görə, son illər ölkədə yoxsulluq səviyyəsi 10 dəfə azalıb: "Son 8 ayda Azərbaycanın strateji valyuta ehtiyatları 12% artıb. Bu ilin I yarısında Azərbaycanın tədiyyə balansında ümumi daxili məhsulun 2,5%-i qədər profisit yaranıb. Valyuta bazarı tarazlaşıb, milli valyutanın məzənnəsi sabitləşib. İqtisadi subyektlərdə nikbinlik və müsbət gözləntilər yaranıb".
E.Rüstəmov onu da bildirib ki, Dünya Bankı bu günə qədər Azərbaycanda 50-dən artıq layihəyə 3,5 mlrd. dollar vəsait ayırıb. Hazırda qurumun ölkədə ümumi dəyəri 1,1 mlrd. dollardan çox olan 11 aktiv layihəsi var".
AMB sədrinin sözlərinə görə, Azərbaycan, Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə də uğurlu əməkdaşlıq edir: "Bunun nəticəsidir ki, IFC Azərbaycana 0,5 mlrd. dollar yardım ayırıb".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub