Azərbaycanda əmək pensiyaları ilə bağlı pensiya təminatının formalaşdırılması qaydasına dəyişiklik edilir.
Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında” qanunun 1.0.18-ci maddəsinə dəyişiklik təklif olunub.
Layihəyə əsasən, əmək pensiyası ilə bağlı əsas anlayışlarda tələb olunan xüsusi hesab (əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada sığorta olunanlar üzrə ödənilən əlavə vəsaitlərin mədaxil olunduğu hesab) bəndində "müəyyən edilən qaydada” sözünün ardınca "və məbləğdə” sözü də əlavə edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub