Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 6 milyon 860 min 7 manat olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əmanətlərin 73,4 faizi xarici, 26,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən 21 faiz artıb, xarici valyutada əmanətlər isə 20,5 faiz azalıb. Maraqlıdır, manata inamın bərpa olunmasını nə ilə əlaqələndirmək olar?
İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, milli valyutada olan əmanətlərin həcminin artmasının əsas səbəbi məzənnənin sabit olmasıdır:

“Fevral ayından etibarən manatın məzənnəsində stabillik müşahidə olunur. Bu isə manatla yığımlarda marağın artmasına gətirib çıxarır. Son aylar milli valyutanın stabil olması, manatla yığımlara marağı artıran əsas səbəbdir. Bu özünün eyni zamanda depozitlərini valyuta strukturunda göstərməkdədir. Təbii ki, milli valyutada olan əmanətlərin həcminin artmasında yeganə səbəb manatın məzənnəsinin stabilliyi deyil. Bununla yanaşı, əsas səbəblərdən biri ondan ibarətdir ki, manatla mənfəət dollarla müqayisədə daha yüksəkdir. Əgər milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsi 15 faizdirsə, dollarla olan əmanətlərdə sığortalanma 3 faizdir. Eyni zamanda kommersiya banklarının da xarici valyutada olan əmanətlərə verdiyi divident faizi də azdır. Bəzi hallarda 1, bəzi hallarda isə 2 faiz xarici valyutanın divident əldə etməsi müşahidə olunur. Bu da xarici valyutada dividentlərin saxlanmasına marağın azalmasına gətirib çıxarır. Manatla daha çox dividentin verilməsi nəticə etibarilə milli valyutada yığımlara marağın artmasına səbəb olur.
Divident faizləri arasında fərq manata marağın artmasını şərtləndirən səbəblərdən biridir”.
Ekspertin qənaətincə, əgər növbəti dövrlərdə manat stabil qalarsa, eyni zamanda manatla depozit faizləri yüksək olarsa, manatla yığımlara marağı daha da artıra bilər:
“Statistika göstərir ki, hələ də yığımların böyük əksəriyyəti xarici valyutada saxlanır. Bu baxımdan güman olunur ki, yaxın dövrlərdə də xarici valyutadakı yığımlar üstünlük təşkil edəcək”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub