SOCAR-ın istismar etdiyi yataqlardan hasil olunan 7 mln. 522,4 min ton xam neftin 5 mln. 999,8 min tonu emala yönəldilib, 1,439 mln. tonu isə ixrac edilib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun "İki sahil" jurnalının xüsusi buraxılışında yer alan məqaləsində deyilir.
Müəllif qeyd edir ki, ötən il Azəri-Çıraq-Günəşli yataqlar blokundan hasil olunan və SOCAR-ın payına düşən 825,2 min ton məsrəf nefti və 691,08 min ton mənfəət nefti (cəmi 1 mln. 516,28 min ton) ixrac olunub.
"SOCAR tərəfindən bu dövrdə 6 mlrd. 266,8 mln. kubmetr qaz hasil edilib, 298,4 mln. kubmetr qaz idxal edilib və "Şahdəniz" yatağından 3 mlrd. 463,6 mln. kubmetr qaz müqavilə şərtlərinə əsasən alınıb. Eyni zamanda, AÇG-dən sazişin şərtlərinə əsasən 2 mlrd. 762,6 mln. kubmetr səmt qazı qəbul edilib. Hasil olunan, alınan və qəbul edilən qazın 9 mlrd. 677,1 mln. kubmetri daxili bazarda satılıb, 1 mlrd. 321,4 mln. kubmetri isə ixrac edilib", - deyə vitse-prezident vurğulayıb.
Onun sözlərinə görə, qeyd edilən dövrdə SOCAR üzrə hasil edilən 1 ton xam neftin maya dəyəri 97 manat 81 qəpik, 1000 kubmetr qazın maya dəyəri isə 46 manat 77 qəpik təşkil edib.