2016-cı ilin sentyabr ayından 2017-ci ilin sentyabr ayınadək 1 mln. 368,4 min ton müxtəlif benzin, 595,6 min ton reaktiv mühərrik yanacağı, 1 mln. 681,9 min ton dizel yanacağı istehsal edilib.
Mynews.az xəbər verir ki, bunu SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov "İki sahil" qəzetinin Neftçilər gününə həsr olunan xüsusi buraxılışındakı məqaləsində bildirib.
O deyib ki, hesabat dövründə daxili bazara 4 mln. 216,7 min ton neft məhsulu satılıb ki, bunun 1 mln. 403,5 min tonunu benzin, 573,5 min tonunu reaktiv mühərrik yanacağı, 1 mln. 221,9 min tonunu dizel yanacağı və 1 mln. 17,8 min tonunu maye qaz, bitum, soba mazutu və sair məhsullar təşkil edib.
Bundan başqa, 1 mln. 206,1 min ton neft məhsulu müxtəlif ölkələrə ixrac olunub ki, bunun 70 min tonunu reaktiv mühərrik yanacağı, 660,6 min tonunu dizel yanacağı, 214,1 min tonunu neft koksu və 261,4 min tonunu isə digər məhsullar təşkil edib", - deyə vitse-prezident qeyd edib.
Beləliklə, neft emalı kompleksinin neft emalı məhsullarının 78%-i respublikanın daxili tələbatının təmin olunmasına yönəlib, 22%-i isə xarici ölkələrə ixrac olunub.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub