"OPEC və kartelə daxil olmayan ölkələr arasında hasilatın azaldılmasına dair əldə olunmuş razılığa baxmayaraq, xam neftin dünya bazarlarında olan qiyməti hələ də 60 dollar/barel səviyyəsinə çatmayıb. Bunun əsas səbəblərindən biri son zamanlarda ABŞ-da şist karbohidrogenlərinin hasilatı üzrə yeni texnologiyaların sürətli inkişafı nəticəsində bu ölkədə şist laylardan alınan xam neftin və təbii qazın böyük həcmlərdə hasilatı və dünya bazarlarına ixracıdır".
Mynews.az xəbər verir ki, bunu SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov "İki sahil" qəzetinin xüsusi buraxılışında yer alan məqaləsində deyib.
O bildirib ki, xam neftin dünya bazarlarında satış qiymətlərinə dair proqnoz (40-60 dollar/barel) öz aktuallığını qoruyur: "SOCAR üçün bu gün xam neftin dünya bazarlarında satış qiymətinin 60-65 dollar/barel və daha yuxarı səviyyəyə çatması əlverişli olardı, lakin dünya bazarlarında neftin qiymətinin formalaşmasında mövcud reallıqlarla hesablaşaraq, şirkət öz strategiyasının inkişafında bu amilləri nəzərə alır".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub