2016-cı ildə "Petlim" konteyner limanı, "Petkim" neft-kimya kompleksi, STAR Neft Emalı Zavodu, Petkim Külək Elektrik Stansiyası və TANAP layihlərinə xərclənən vəsait ümumilikdə 11 mlrd. dollara çatıb.
Mynews.az Report-a istinadla xəbər verir ki, bunu “SOCAR Turkey Energy” şirkətinin baş direktoru Zaur Qəhrəmanov “Energy Business” jurnalına müsahibəsində bildirib.
“Layihələrimiz tamamlandıqda ümumi investisiya həcmi təxminən 18 mlrd. dollar olacaq. “Petkim” neft-kimya kompleksinin özəlləşdirilməsi 2 mlrd. 40 mln. dollar, satın alındıqdan sonra kompleksə yatırılan investisiya 600 mln. dollardır. TANAP-ın dəyəri 8,5 mlrd. dolar, STAR zavodunun 5,7 mlrd. dollar, “Petlim” konteyner limanının ümumi investisiya dəyəri isə 400 mln. dollar təşkil edir".
O qeyd edib ki, 2016-cı il “SOCAR Turkey” üçün çox uğurlu il olub. Onun sözlərinə görə, TANAP layihəsində böyük məsafə qət edilərək layihənin 60%-i tamamlanıb:” Bununla yanaşı, “Petlim” konteyner limanının I fazası tamamlanıb, əməliyyatlara başlanıb. Limanın II fazası üzrə işlər davam edir. Bu il II faza üzrə işlər tamamlanacaq"
Z.Qəhrəmanov ötən ilin dekabr ayı göstəricisinə görə, STAR Neft Emalı Zavodunun 82%-nin tamamlandığını qeyd edib. O həmçinin bildirib ki, "Petkim" Külək Elektrik Stansiyası layihəsi üzrə də böyük həmcdə işlər görülüb. “SOCAR Turkey” rəhbərinin sözlərinə görə, Külək Elektrik Stansiyasının bu il fəaliyyətə başlaması hədəflənir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub