Gürcüstanda yeraltı qaz anbarının tikintisinə 10-dan çox şirkət maraq göstərib.
Mynews.az xəbər verir ki, bu barədə APA yerli bürosuna istinadən məlumat yayıb.
Qeyd edilir ki, beynəlxalq tenderdə iştirak üçün 55 şirkət qeydiyyatdan keçib və onlardan 14-ü təklif təqdim edib.
Qiymətləndirmə nəticəsində tenderin ikinci mərhələsinə keçəcək şirkətlər gələn ilin əvvəlində ətraflı texniki təkliflərini təqdim etməli olacaqlar.
Korporasiyasının məlumatına əsasən, qaz anbarının inşası layihəsinin dəyəri 250 mln. dollardan çoxdur: "Anbarda 300 mln. kubmetrədək qaz saxlamaq mümkün olacaq. Anbarın tikintisi ilə Gürcüstanın enerji təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq".
Qeyd edək ki, əsasən, Azərbaycanın "Şahdəniz" yatağından tədarük olunan qazın saxlanılacağı yeraltı anbarın tikintisi Tbilisinin Samqori rayonunda planlaşdırılır. Tenderdə SOCAR da iştirak edir. Yeraltı qaz anbarının tikintisinə 2018-ci ilin birinci yarısında başlanılması və 2021-ci ilə qədər başa çatdırılması planlaşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub