Azərbaycanda kreditor borclarını ödəməkdən qəsdən yayınmaya görə cəza yüngülləşdirilir.
Mynews.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinin 196-cı (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsinin sanksiyasında dəyişiklik edilir.
196.1 maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, cinayət nəticəsində vurulmuş ziyanın 2 mislindən 4 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə əsasən, sanksiyadakı 3 ilədək azadlıqdan məhrumetmə cəzası 2 ilə endirilir və yeni cəza növü olaraq 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə edilir.
196.2 maddəsinin də sanksiyasında dəyişiklik edilir. Belə ki, eyni əməllər külli miqdarda ziyan vurduqda, 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın 3 mislindən 5 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliklə 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası da tətbiq olunacaq və azadlıqdan məhrumetmə cəzasının aşağı həddi 3 ildən 2 ilə endiriləcək.
Qanun layihəsi Milli Məclis deputatlarının müzakirəsinə verilib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub