"Manatın xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbəti əsasında formalaşır və milli valyutanın məzənnəsinin mövcud sabitliyi bazarın tarazlı olduğunu göstərir".
Mynews.az xəbərə verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) APA-ya bildirilib.
Qeyd olunur ki, tələb və təklif arasındakı nisbətə tədiyyə balansının vəziyyəti təsir göstərir: "Təbii ki, dünya bazarında neftin qiymətlərinin artmasının Azərbaycanın tədiyyə balansına birbaşa və dolayı müsbət təsirləri vardır. Bu təsirlər müxtəlif dövrlərdə - orta və uzunmüddətli dövrdə özünü büruzə verir. Lakin neft qiymətləri tədiyyə balansına və beləliklə, valyuta bazarına təsir edən yeganə amil deyil. İndiyədək olduğu kimi, bundan sonra da manatın məzənnəsinin dinamikası valyuta bazarına təsir göstərən bütün amillərin kompleks təsiri ilə formalaşacaq".
Bildirək ki, AMB bu günə olan USD/AZN rəsmi məzənnəsini 1,7002 səviyyəsində müəyyən edib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub