“Azərbaycanda qeydiyyatda olan bütün dərman preparatlarına Tarif Şurası tərəfindən vahid qiymət qoyulub”.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu səhiyyə nazirinin müaviniElsevər Ağayev deyib.
O bildirib ki, bu məsələ rotasiya olunan, təkmilləşən prosesdir. E. Ağayevin sözlərinə görə, bəzi dərman preparatlarının qeydiyyatının vaxtı bitir, Azərbaycanda yeni dərman preparatları qeydiyyata düşür: “Bu proses daim davam etdirilir. Artıq Azərbaycanda qeydiyyatda olan 10 mindən çox dərman preparatının qiyməti dövlət tərəfindən tənzimlənib”.
Nazir müavini Azərbaycanda xarici ölkələrin dərman zavodlarının tikintisi məsələsinə də aydınlıq gətirib. E. Ağayev qeyd edib ki, ötən il İranın dərman zavodunun təməli qoyulub və işlər davam etdirilir: “İranla yanaşı Rusiya tərəfinin də dərman zavodu inşa edilir. Bundan əlavə, Yaponiya və Koreya mütəxəssislərinin birgə şirkəti yaradılıb. Bu şirkət şprislərin istehsalı ilə məşğul olacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub