Rusiyada dollar milyonerlərinin sayı 19,7 faiz artaraq, 182 min nəfər təşkil edib.
Mynews.az xəbərinə görə, bu barədə “Capgemini” şirkətinin hazırladığı "World Wealth Report hesabat"ında məlumat verilib.
Hesabatda deyilir ki, varlıların sayı Niderlandda, Norveçdə, İndoneziyada da artıb. 2016-cı ildə bu ölkələr üzrə milyon dollar həcmində aktivlərə sahib şəxslərin sayı 13 faiz artıb.
Qeyd edək ki, ruslar dollar miyonerlərinin sayına görə hesabatda 15-ci sırada yer alırlar. Birinci yerdə ABŞ, ikinci yerdə Yaponiya qərarlaşıb. Birincidə dollar milyonerlərinin sayı 4,8 milyon nəfər, ikincidə 2,9 milyon nəfər təşkil edir. Üçüncü sırada Almaniya (1,3 milyon nəfər) qərarlaşıb. Səudiyyə Ərəbistanında isə 176 min milyoner yaşayır.
Ümumilikdə 2016-cı ildə dünya üzrə milyonerlərin sayı 7.5 faiz artaraq, 16,5 milyon nəfərə çatıb. Onların sərvətlərinin ümumi həcmi isə 63,5 trilyon dollar təşkil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub