"Azərbaycanda internetin inkişafı dinamikdir. Əhalinin 80 faizinin internetə çıxışı var".
Mynews.az APA-ya istinadla xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Impact" jurnalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, insanların internetə marağını nəzərə alaraq, turistlərin və əhalinin daha çox istirahət etdiyi yerləri pulsuz "wi-fi" ilə təmin edilir.
Nazir bildirib ki, "ictimai wi-fi" layihəsi Dənizkənarı Milli Park daxil olmaqla paytaxtın 15 parkında artıq həyata keçirilib: "Planımıza uyğun olaraq ilin sonunadək paytaxtımızda bütün parkların pulsuz "wi-fi" ilə təmin olunması nəzərdə tutulur".
Daha sonra R.Quluzadə bu gün Azərbaycanda istənilən sahədə İKT-nin uğurla tətbiq olunduğunu bildirib.
"Hazırda ölkəmizdə elektron təhsil, elektron vergi, elektron səhiyyə, elektron kənd təsərrüfatı, elektron gömrük, elektron ticarət və digər istiqamətlər üzrə səmərəli layihələrin icrası davam etdirilir. Bütün bu xidmətlər "Elektron hökumət" modelində əks olunur"" - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, 40-dan artıq dövlət qurumunun xidmətləri "Elektron hökumət" portalında vətəndaşlara təqdim olunur: "Portalın mobil tətbiqi vasitəsilə istifadəçilərə rabitə, kommunal, cərimə və s. üzrə bildirişlərin real vaxt rejimində çatdırılması mümkündür. Bu "mobil hökumət" quruculuğu istiqamətində uğurlu başlanğıc hesab oluna bilər".
Nazir bildirib ki, elektron xidmətlərə artan tələbat fonunda cari ildə e-imzanın istifadəsi təkmilləşdirilərək "elektron imza" tokenləri yaradılıb: "Bu günədək 100 mindən artıq "elektron imza" istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi "elektron imza" sertifikatı ilə təmin olunacaq. Bununla da yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub