Azərbaycan Mərkəzi Bankı (AMB) sabah ölkədə devalvasiya olacağı ilə bağlı söz-söhbətə son qoyub.
Mynews.az Report-a istinadən xəbər verir ki, qurum təcili olaraq (ənənəvi vaxtından təxminən 2 saat əvvəl) ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsini açıqlayıb. AMB sabah və oktyabrın 1-də 1 dolların 1,7002 manata bərabər olacağını bəyan edib. Bu, son 3 günün məzənnəsi ilə eynidir.
Xatırladaq ki, AMB ötən gün ölkədə fəaliyyət göstərən kommersiya banklarına müraciət edib. Müraciət qurumun İdarə Heyəti sədrinin I müavini Alim Quliyevin adından milli ödəniş sisteminin iştirakçılarına ünvanlanıb.
Müraciətdə deyilir ki, dövlət büdcəsində daxilolmaların və xərclərin kütləviliyi, hesablaşmaların başa çatdırılmasının zəruriliyi nəzərə alınaraq, ölkədə daxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə sabah bank sistemi üçün rəsmi iş gün elan olunub. Ödəniş sistemləri üzrə 30 sentyabr 2017-ci il yeni əməliyyat günü hesab edilir. Bu xəbər əhali arasında sabah manatın kəskin şəkildə dəyərdən düşə biləcəyi fikrini yaradıb. Çünki milli valyutanın 2015-ci il fevralın 21-də həyata keçirilmiş 34%-lik ucuzlaşdırılması məhz şənbə gününə təsadüf edib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub