"2017-ci ilin əvvəlindən vergi sahəsində həyata keçirilən islahatlar Azərbaycanda biznes mühitinin bütün sahələrinə öz töhfəsini verir".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TUİB) növbəti ümumi yığıncağında təşkilatın rəhbəri Ali İhsan Gənc deyib.
Onun sözlərinə görə, vergi sahəsində islahatların aparılmasına baxmayaraq, bu sahədə bəzi axsaqlılar hələ də qalmaqdadır. "İş yerlərində qeydiyyata alınan və alınmayan mallar, materiallar, əsas vəsaitlər var. Bu mallar üçün məqbul vergi nisbəti müəyyənləşdirilməlidir ki, biz də bu malları rəsmi qeydiyyata alaraq, onların vergisini ödəyə bilək. Bu, burada iştirak edən bütün sahibkarların əsas istəyidir. Biz vergilər nazirinin müavini İlkin Vəlieyvlə görüşüb bu məsələni müzakirə etmişik, təkliflər vermişik. Düşünürəm ki, bununla bağlı qanuni normalar hazırlanmalıdır", - deyə təşkilat rəhbəri vurğulayıb.
O, icbari tibbi sığorta sahəsində İcbari Sığorta Bürosu ilə müzakirələr aparıldığını, bu istiqamətdə Azərbaycanla təcrübə mübadiləsinə hazır olduqlarını bildirib.
Təşkilat rəhbəri əlavə edib ki, 2014-cü ildə baş verən devalvasiyadan sonra Azərbaycanda tikinti sektorunda artım tempi çox aşağı düşüb: "Bu sektor yalnız tikinti işlərini əhatə etmir. Tikinti sektoru nəqliyyat, ticarət, sənaye və digər sektorların canlanmasına birbaşa təsir edir. Buna görə, bu sektor tezliklə inkişaf etdirilməli, bu sahədə mövcud işsizlik aradan qaldırılmalıdır".
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub