"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"ndə müəyyən edilmiş tədbirlərin 11%-i icra olunub, 40%-nin icrasına başlanılıb, 49%-nin icrasına isə, ümumiyyətlə, başlanılmayıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, maliyyəyə çıxışın asanlaşdırılması üzrə icra olunan tədbir yoxdur. Buna baxmayaraq, tədbirlərin 46%-nin icrasına başlanılıb, 54%-i icra olunmayıb.
Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi üzrə icra olunan tədbir yoxdur. Tədbirlərin 38%-nin icrasına başlanılıb, 62%-i icra olunmayıb.
Kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi üzrə hələlik hədəflərə nail olmaq mümkün olmayıb. Belə ki, cari ilin ilk yarısında tədbirlərin 55%-nin icrasına başlanılıb, 45%-i icra olunmayıb.
Əsas icraçı qurumların performansına gəlincə, Maliyyə Nazirliyi 1 tədbirə məsul idi ki, cari ilin ilk yarısında o tədbiri icra edib.
Qurumların performansı fotoda detallı qeyd edilib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub