Ölkə ərazisində havanın kəskin soyuyacağı təqdirdə binalardakı istilik sistemləri vaxtından əvvəl istifadəyə verilə bilər.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin abonentlərə xidmət şöbəsinin müdiri Rafiq Əliyev deyib.
Şöbə müdiri bildirib ki, ümumiyyətlə, binalara istiliyin verilməsi noyabrın 15-nə nəzərdə tutulub: "Yaşayış binalarına istiliyin verilməsi qış vaxtına keçidlə müəyyənləşir. Binalara istiliyin tez verilməsi hava şəraitinin kəskin pisləşməsi ilə bağlı ola bilər. Yəni temperatur 8 dərəcədən aşağı düşərsə və bu cür hava şəraiti 3 gündən artıq davam edərsə, həmin şəraitdə "Azəristiliktəchizat" binalara vaxtından əvvəl istilik verə bilər. Əks halda, qış vaxtına keçidi gözləyirik. Hələ ki, temperatur o qədər də aşağı deyil, ona görə təcili istilik sisteminə keçidi planlaşdırmırıq".
R.Əliyev bildirib ki, məktəblər, uşaq bağçaları, xəstəxanalar və digər müəssisələr arzu edərsə, onlara vaxtından əvvəl istilik verilə bilər: "Çünki bu cür obyektlərə istilik müqavilə əsasında verilir və müqavilədə 5 ay nəzərdə tutulur. Amma bu obyektlər hava şəraiti ilə bağlı istiliyin tez verilməsini istəsələr, müqaviləyə dəyişiklik edilməlidir. Bunun üçün isə həmin obyekt əlavə pul ödəməlidir".
Qeyd edək ki, bu il hava qəfildən soyuyub. Sentyabrın son ongünlüyünün əvvəlinədək Bakıda və Abşeron yarımadasında 35 dərəcəyə kimi isti olub. Lakin sentyabrın 27-də havanın temperaturu 19-22 dərəcəyə enib.1881-ci ildən indiyədək ilk dəfə Bakı və Abşeronda havanın temperaturu 35°-dən birdən-birə 20-yə enib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub