"Azərsu” ASC-nin zərəri artıb

615
"Azərsu” ASC-nin zərəri artıb

2016-cı ildə "Azərsu” ASC-nin beynəlxalq maliyyə institutlarına borcu 167, 434 mln. manat olub. 

Mynews.az cəmiyyətin maliyyə hesabatına istinadən xəbər verir ki, 2015-ci ildə qurumun beynəlxalq maliyyə institutlarına borcu 162,089 mln. manat təşkil edib. ASC-nin Maliyyə Nazirliyindən aldığı kreditlərin həcmi 38,939 mln. manat, yerli banklara borcu 215,555 mln. manat (2015-ci ildə 193,116 manat) olub. Qurumun cəmi faiz kreditləri və borc öhdəlikləri 2016-cı ildə 421,929 mln. manat təşkil edib ki, bu da 2015-ci illə müqayisədə 66,724 mln. manat artım deməkdir.   

Ötən il səhmdar cəmiyyətin içməli su və kanalizasiya xidməti satışından gəliri 159,837 mln. manat, satışının maya dəyəri 84,578 mln. manat, inzibati xərcləri 19,883 mln. manat, satış və paylama xərcləri 89,938 mln. manat , digər əməliyyat xərcləri 543,282 mln. manat, məzənnə fərqindən zərəri 39,8 mln. manat olub. Ötən il qurumun vergiyəqədərki zərəri 612,644 mln. manat olub ki, bu da 2015-ci ildə 549,863 mln. manat təşkil edib.  ASC-nin il üzrə zərəri 612,921 mln. manat olub. 2015-ci ildə bu rəqəm 550,660 mln. manat təşkil edib.

Xəbər lenti