CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 57,51 dollar/barel təşkil edib ki, bu da ötən cümə gününə olan göstəricidən 1,11 dollar/barel azdır.
Mynews.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 2-də 56,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,13 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 2-də 53,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,93 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 2-də 55,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,35 dollar/barel azdır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub