Strateji Yol Xəritəsinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində Əmlak Məsələləri Dövlət Komitəsi ümumi hədəflər üzrə qurumlar arasında ilk onluqda qərarlaşıb.
Mynews.az xəbər verir ki, komitə milli iqtisadiyyatın perspektivi üzrə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib.
Bildirilir ki, 2017-ci ildə artıq 40-a yaxın hərrac keçirilib, 1400-ə yaxın dövlət əmlakı özəlləşdirilməyə çıxarılıb. Komitə vətəndaşların işinin sadələşdirilməsi üçün bu sahədə də elektron xidmətlərin sayını artırır. 36 elektron xidmətdən 9-u özəlləşdirilmə sahəsinə aiddir.
Komitənin innovativ addımlarından biri nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi üzrə tətbiq olunan elektron hərraclardır. Yaxın vaxtlarda isə bütün növ dövlət əmlakının özəlləşdirilməsi elektron hərrac vasitəsilə mümkün olacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub