“2018-ci ildə əməkhaqqı və pensiyalarda artımlar gözlənilir”.
Mynews.az xəbər verir ki, bunu AzVision.az-a iqtisadçı-deputat Vahid Əhmədov deyib. Millət vəkili bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əməkhaqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.
“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq. Qeyri-neft sektorunda aparılan islahatlar öz bəhrəsini verir. 2017-ci ildə ixrac idxalı üstələyib və müsbət saldo yaranıb. Bunlar 2018-ci ilin dövlət büdcəsinə müsbət təsir göstərəcək. Bu səbəbdən gələn il maaş və pensiyada artımlar gözlənilir”.
V.Əhmədov qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub