Növbəti ildən əmək pensiyalarındakı artımlar hər zamankından daha çox ola bilər. Çünki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi pensiyaların məbləğinin indeksləşdirilməsi ilə bağlı layihəni ilin sonunadək Prezident Administrasiyasına təqdim etməyə hazırlaşır.
Mynews.az bildirir ki, bu barədə məlumat verən nazir Səlim Müslümov dəyişikliklərdən sonra pensiyanın baza və sığorta hissəsi anlayışlarının ortadan qalxacağını və bütün pensiya məbləğinin indeksləşdiriləcəyini deyib.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu yenilik pensiyaçılara bir sıra üstünlüklər verəcək.
Vüqar Bayramov onu da bildirir ki, yeni sistemin digər üstünlüyü ondan ibarət olacaq ki, pensiya yaşı bitmiş, ancaq pensiya ödənişlərini bitirməyən şəxslər sonradan əlavə vəsait ödəməklə istədikləri vaxt pensiya ala biləcəklər.
Əgər təkliflər qəbul olunarsa yeniliklərin gələn ildən tətbiq ediləcəyi gözlənilir. Onu da qeyd edək ki, hazırda dünyanın qabaqacıl ölkələrinin pensiya sistemindən məhz bütün pensiya məbləğinin indeksləşdirilməsi təcrübəsindən istifadə olunur. /xezerxeber.az
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub