Bankların nağd xarici valyuta ilə mübadilə əməliyyatları

739
Bankların nağd xarici valyuta ilə mübadilə əməliyyatları

Bu ilin avqust ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı banklar tərəfindən 197 mln. 293.8 min dollar alışı reallaşdırılıb. 

Mynews.az Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə banklar əhaliyə 137 mln. 491,5 min ABŞ dolları satıb. Rəqəmlərin müqayisəsi göstərir ki, iyul ayı ilə müqayisədə avqustda bankların dollar alışı 33,43 faiz artıb, dollar satışı isə əksinə, 3,87 faiz azalıb.

Göstərilən dövrdə nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 60 mln. 947,9 min avro satılıb, 16 mln. 163 min avro alınıb. İyul ayı ilə müqayisədə avqustda bankların avro alışı 21,34 faiz azalıb. Əvəzində funt sterlinq alışı artıb. Avqustda banklar tərəfindən 682.4 min funt sterlinq alınıb. İyulda bu rəqəm 593.9 min funt sterlinq olub. İngilis valyutasının satışı da artıb. Avqustda banklar 3615.7 min funt sterlinq satıblar. İyulda bu rəqəm 1743.3 min funt sterlinq olub. 

Onu da qeyd edək ki, avqust ayında dolların orta məzənnəsi 1.6966 manat, funt sterlinqin 2.2166 manat, avronun 2.0064 manat olub. 

Xəbər lenti