"Bu il 333 nəfər arıçı öz məhsulunu satışa çıxarıb ki, bu da ötənilkindən 78 nəfər çoxdur. Yarmarkaya 107 500 kq süzülmüş bal, 5 500 kq şanı balı, 200 kq güləm bal, 850 kq çiçək tozu, 35 kq arı südü çıxarılıb".
Mynews.az xəbər verir ki, bunu paytaxtda açılmış ənənəvi arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasında kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
O bildirib ki, ötən illə müqayisədə yarmarkaya daha çox süzülmüş bal çıxarılıb: "Ötən il yarmarkaya 75 ton süzülmüş bal çıxarılmışdı".
Məlum olub ki, yarmarkada 336 arıçı iştirak edir: "Əsas Lənkərandan olan iştirakçılardır ki, onların da sayı 107-dir. Şəki-Zaqatala zonasından 76, Gəncə-Qazax zonasından isə 60 arıçı yarmarkada iştirak edir".
22500 kq balın geri qaytarıldığını deyən nazir yarmarkaya saxta bal çıxarılması hallarını istisna etməyib: "Bu il ballardan 3400 nümunə götürülüb ki, onun da 509-u standartlara uyğun olmadığı üçün satışdan çıxarılıb. Bu isə təxminən 22500 ton süzülmüş bal deməkdir".
S.Talıbovun sözlərinə görə, bu il may ayının isti keçməsi arıçılığa mənfi təsir edib: "May ayından sonra ölkəmizdə quraqlıq oldu. Təbii ki, bu da arıçılıq məhsullarının həcminə və keyfiyyətinə təsir etdi".
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub