Son bir neçə gündür ki, «PayPoint» köşklərində qaz pulu üçün ödəmələrlə bağlı narazılıqlar artıb.
BAKU.WS-ə müraciət edən sakinlər "Azəriqaz"ın smartkartına ödəniş etdiklərini və pulun sonradan kartdan silindiyini bildirirlər.
"Qazın kartına 20 manat vurmuşdum. Ancaq evə gəldim sayğaca kartı taxdıqdan sonra 10 manat balans göstərildi. «PayPoint»də yüklədiyim pulun yarısı kartdan silindi", - deyə sakin redaksiyamıza bildirib.
Eyni şikayətlə bir neçə sakin də redaksiyamıza müraciət edib. ASAN Kammunal xidmətlərində də bu vəziyyətlə üzləşənlərin sayı az deyil.
Qeyd edək ki, karta ödənilən məbləğin 50%-nin silinməsi Tarif Şurasının təbii qaz və elektrik enerjisi ödənişləri üçün tətbi etdiyi differensiallaşmış tarif ilə bağlıdır. "Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrədək (170 AZN) olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1700 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib".
Məsələn, siz illik ayrılan 170 manatlıq qaz limitini 3-4 ay ərzində keçdiniz. Bundan sonra yüklədiyiniz hər 10 manatın 5 manatı (50%) karta yüklənəcək.
Limiti keçən vətəndaşlar differensiallaşmış tarifə uyğun olaraq qaz sərfiyyatına əvvəlkindən daha çox ödəməli olacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub