Bu ilin oktyabrın 24-də BP-nin baş iqtisadçısının müavini Vladimir Drebentsov Azərbaycana səfər edəcək.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, V.Derbentsovun hökumət və KİV nümayəndələri ilə görüşü nəzərdə tutulub.
"İki ildən bir biz BP Qrupunun iqtisadçılarını Azərbaycana dəvət edirik. Səfərin məqsədi 2035-ci ilədək enerji bazarı haqqında düşüncələrin, tələb-təklif, qiymət məsələləri ilə bağlı məlumatların toplanmasıdır", - deyə B.Aslanbəyli vurğulayıb.
Vitse-prezident əlavə edib ki, BP-nin iqtisadçılar ofisi 2018-ci ildə neftin qiymətində ciddi artım gözləmir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub