Dünyanın 9 iri bank strukturu yaxın illərdə dayanıqlı mənfəətin təmin edilməsində çətinliklər yaşayacaq.
Mynews.az Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) "Qlobal maliyyə sabitliyi" hesabatında qeyd edib.
Hesabatda bildirilir ki, bir çox bank biznes-modellərini dəyişərək, rentabelliyini artırsa da, bəzi banklar keçmişdən miras qalan problem və çatışmazlıqlar səbəbindən çətinlik çəkməyə davam edir.
IMF xüsusilə bu banklar arasında Almaniyanın "Deutsche Bank", Britaniyanın "Barclays" və "Standard Chartered", ABŞ-ın "Citigroup", Fransanın "Societe Generale", İtaliyanın "Unicredit", Yaponiyanın "Sumitomo Mitsui Financial Group", "Misubishi UFJ Financial Group" və "Mizuho Financial Group" banklarını qeyd edib.
Fond bildirir ki, bu banklar toplam olaraq 17 trln. ABŞ dolları həcmində aktivlərə sahibdir. Gələcəkdə hər hansı bir maliyyə çalxanması olarsa, bu bankların kifayət qədər kapital formalaşdırması çətin olacaq.
Qeyd edək ki, adıçəkilən bankların bəzilərinin Azərbaycanla əlaqələri mövcuddur. Belə ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin bir hissəsi "Deutsche Bank"ın törəmə şirkəti (subsidiary) - "Deutsche Asset & Wealth Management International GmbH."nın idarəetməsinə verilib. "UniCredit bankı isə Azərbaycanda fəaliyyət göstərən "Yapı Kredi Bank Azerbaijan" QSC-nin səhmdarlarından biridir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub