Beynəlxalq Valyuta Fondu 2022-ci ilə qədər Azərbaycan iqtisadiyyatının artım tempini açıqladı

646
Beynəlxalq Valyuta Fondu 2022-ci ilə qədər Azərbaycan iqtisadiyyatının artım tempini açıqladı

Azərbaycanda ÜDM-nin həcmi 2022-ci ilə qədər tarixi maksimal səviyyəyə - 2014-cü ilin analoji göstəricisinə çata bilməyəcək. 

Mynews.az Report-a istinadən xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsasən, 2022-ci ilə qədər Azərbaycan iqtisadiyyatında artım yumşaq templə davam edərək, 58,18 mlrd. ABŞ dollarına çatacaq. Lakin bu, ÜDM-nin 2014-cü ildəki tarixi rekord səviyyəsi - 75,19 mlrd. dollardan hələ də 22,6% azdır.

IMF-in proqnozlarına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatının həcmi 39,21 mlrd. dollar, 2018-ci ildə 42,81 mlrd. dollar, 2019-cu ildə 46,2 mlrd. dollar, 2020-ci ildə 49,81 mlrd. dollar, 2021-ci ildə 53,72 mlrd. dollar, 2022-ci ildə 58,18 mlrd. dollar təşkil edəcək. Yəni yaxın 5 ildə Azərbaycanda ÜDM-in həcmi 48,3% artım göstərəcək.

2017-ci ildə ÜDM 1% azalacaq. Gələn ildən etibarən isə iqtisadiyyatda artım başlayacaq və 2018-ci ildə real ÜDM 1,3%, 2019-cu ildə 3%, 2020-ci ildə 2,6%, 2021-ci ildə 3%, 2022-ci ildə 3,1% artacaq. Yaxın 5 ildə Azərbaycanda ÜDM-nin artım tempi inkişaf etməkdə olan ölkələrin analoji orta artım tempindən geri qalacaq.

Xəbər lenti