Gələn il Azərbaycan dövlətinin “Star” layihəsindəki iştirak payının artırılması məsələsi müzakirə olunur.
Mynews.az xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) bildirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 31 iyul tarixli Sərəncamı ilə “SOCAR Türkiyə Ege” neft emalı zavodu layihəsi (“Star”) ilə əlaqədar yaradılmış “SOCAR Türkiyə Yatırım A.Ş.”-nin nizamnamə kapitalının həcmi 2 milyard 412 milyon ABŞ dollarından 3 milyard 482 milyon dollara qədər artırılıb. O cümlədən, “SOCAR Türkiyə Yatırım A.Ş.”-nin dövlət mülkiyyətində olan və İqtisadiyyat Nazirliyinə məxsus 40 faizlik səhm payının dəyəri də 964,8 milyon ABŞ dollarından 1 milyard 392,8 milyon dollaradək artırılıb. Dövlət Neft Fondunun büdcəsinin icrası çərçivəsində 2013-2016-cı illər ərzində 960,2 milyon ABŞ dolları məbləğində vəsait “Star” layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldilib.
Cari ildə ARDNF-in 2017-ci il büdcəsi çərçivəsində fond tərəfindən bu məqsədlə 432,6 milyon ABŞ dolları və yaxud 744 milyon 72 min manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Növbəti ildə dövlətin bu layihədəki iştirak payının artırılması məsələsi müzakirə edilir. Belə qərar verilərsə, bu payın maliyyələşdirilməsi ARDNF tərəfindən təmin ediləcək.
Qeyd edək ki, SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyədə tikintisini həyata keçirdiyi “Star” neft emalı zavodunda layihə işlərinin 95 faizi görülüb. “Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 il ərzində isə “Star”dan hər il 864 milyon dollar əməliyyat gəlirinin gəlməsi gözlənilir.
“Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavodun tikintisi “Petkim” neft-kimya holdinqinin ərazisində həyata keçirilir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub