SOCAR tərəfindən 2017-ci ilin sentyabr ayında dövlət büdcəsinə 117,330 mln. manat vəsait ödənilib.
Mynews.az SOCAR-a istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr aylarında büdcəyə 1 mlrd. 165,678 mln. manat vəsait köçürülüb. Bu göstərici 2016-cı ilin müvafiq dövrünə nisbətən 140,833 mln. manat və ya 13,7% çoxdur.
Bundan əlavə, 2017-ci ilin sentyabr ayında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) SOCAR tərəfindən 12,600 mln. manat vəsait köçürülüb. Cari ilin yanvar-sentyabr aylarında isə SOCAR tərəfindən DSMF-yə ödəniş 112,426 mln. manat təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 5,263 mln. manat və ya 4,9% çoxdur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub