Xəbər verdiyimiz kimi, dövlət bankı "Azər Türk Bank" hamı üçün "İstehlak" krediti təklif edir. 36 aylıq müddətə rəsmişlədirilən bu kreditin maksimal məbləği 15 000 manat, yaxud bu ekvivalentdə ABŞ dollarıdır. İndi rəsmi qazancı 200 manatdan yuxarı olan hər kəs bankın “İstehlak” kreditindən faydalana bilər. Qeyd edək ki, müştərilərinin rifahına önəm verən bank onları kredit üzrə vəsaitin sığortalanması xərclərindən də azad edir.
Bankın “Gül kimi” marketinq konsepsiyası çərçivəsində "Madame Coco" və "Dekoria" mağazalarında malın ödənişi üçün 5000 manatadək kredit əldə etmək istəyən müştərilərə də bu yeniliklər şamil edilir.
Xatırladırıq ki, kreditlər üzrə ödənişlər hesab nömrəsi ilə "Azər Türk Bank"ın istənilən filialında, həmçinin MilliÖN terminallarında müştəri kodu və doğum tarixini, Hesab.az saytında müqavilə nömrəsi və şəxsiyyət vəsiqəsinin pin kodunu daxil etməklə yerinə yetirilir.
Müştərilər bankın bu kredit növlərindən başqa, əməkhaqqı müştəriləri üçün “Korporativ kredit”, yalnız şəxsiyyət vəsiqəsi ilə “Əmanət qarşılığında kredit”, “İpoteka” krediti və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.
Bankın xidmət şəbəkəsi, məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə etmək olar.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub