"Bizim üçün ən arzuolunan hal hər hansı bir bankın kapital çatışmazlığı səbəbindən bağlanmamasıdır".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, ABA bütün bankların fəaliyyətlərini davam etdirməsinin tərəfdarıdır: "Biz bazarın daha da inkişaf etdirilməsini istəyirik. İstənilən bağlanan bank çoxlu sayda işçinin iş yerini itirməsi, xeyli müştərinin xidmətlərdən məhrum olması deməkdir. Bu gün bazarın ehtiyacıdır ki, biz kifayət qədər sağlam banklar vasitəsilə bazarda fəaliyyətə davam edək. Bankların sağlamlaşdırılması birmənalı olaraq tələbdir. Bunun üçün müxtəlif yollar - birləşmələr, kapital artımı, öz fəaliyyətlərini gücləndirmək üçün dəstəklərin olması və sair tədbirlər var".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub