Nərimanov rayonunda yerləşən 219 istismar müddəti bitmiş, şəhərin arxitekturasına yaraşmayan qəzalı vəziyyətdə olan 1-2 mərtəbəli binalar 5 il müddətində sökülülərək yeni 12-16 mərtəbəli binalarla əvəzlənəcək. Söküləcək 219 yaşayış binası 3028 mənzildən ibarətdir, həmin ünvanlarda isə 11 min 31 nəfər sakin yaşayır.
Mynews.az-ın Space TV-yə istinadən verdiyi xəbərə görə, artıq qəzalı vəziyyətdə olan binaların sökülməsi və yenidən tikilməsi prosesinə start verilib. Hündür və çox mənzilli yaşayış binaların layihələndirilməsi və inşası üçün müvafiq torpaq sahələri binaları inşa edəcək şirkətlərin istismarına verilib. Bir sıra ünvanlarda sakinlərlə bağlanmış müvafiq müqavilələr əsasında onların köçürülməsi və ərazinin boşaldılması prosesinə başlanılıb.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub