Azərbaycan Nazirlər Kabineti “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə" qərarında dəyişiklik edib.
Mynews.az-ın məlumatına görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
İndiyədək istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına yalnız nağdsız qaydada həyata keçirilirdi.
Dəyişikliklə isə istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulan dövlət qurumlarının saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.
“Nağdsız hesablaşmalar haqqında” qanunun məqsədi Azərbaycan ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub