Pendirin qiyməti artıb. Paytaxt bazarlarında pendirin qiymətində artım müşahidə edilir. Satıcıların sözlərinə görə, bahalaşma 30-40 faizə yaxındır.
Mynews.az "Xəzər TV"-yə istinadən məlumat verir ki, qiymət artımının olduğunu alıcılar da təsdiqləyirlər.
Satıcılar bildirirlər ki, pendirin qiymətinin artmasına səbəb heyvan yemlərinin bahalaşmasıdır.
Bölgələrdə də pendirin qiyməti artıb. Rayon bazarlarında təxminən 30-40 faiz bahalaşma nəzərə çarpır.
Burada da satıcılar qiymət artımını həm yemin, həm də satın alaraq pendir hazırladıqları südün bahalaşması ilə əlaqələndirirlər.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, indi kifayət qədər yem ehtiyatı var. Lakin südün az olduğu bir mövsümdür. Bu səbəbdən də pendirin cüzi bahalaşması normaldır. Dekabr ayından etibarən isə qiymətlərin enəcəyi gözlənilir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub