Bugünkü hərracın nəticələri açıqlandı

667
Bugünkü hərracın nəticələri açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Komitədən Mynews.az-a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib. Bakı şəhəri üzrə 8 istifadəsiz qeyri-yaşayış sahəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi özəlləşdirilib.

Hərrac rəqabətli keçib. Paytaxtın Sabunçu rayonunda yerləşən qeyri-yaşayış sahəsi ilkin start qiymətindən daha yüksək qiymətə özəlləşdirilib. Ümumi faydalı sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olmasına baxmayaraq ən son 5 min 500 min manata özəlləşdirilib. Qeyri-yaşayış sahələrindən 2-i paytaxtın Suraxanı, 2-i Sabunçu digərləri isə müvafiq olaraq Nəsimi, Nərimanov, Binəqədi, Yasamal rayonlarında yerləşir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Sumqayıt və Naftalan şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisəsiləri sənaye sahəsində əlverişli hesab edilir. Ümumi faydalı sahəsi 105,3 kv.m olan Naftalan qənd istehsalı müəssisəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Sumqayıt şəhərində yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsi də xidmət sahəsində sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 78,8 kv.m təşkil edir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac oktyabrın 31-də keçiriləcək.

 

Xəbər lenti