Azərbaycanda 2018-2021-ci illərdə mallar (işlər, xidmətlər) üzrə dövlət tərəfindən tarif (qiymət) tənzimlənməsi siyasətinin prioritet istiqamətləri açıqlanıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapıb.
Sənəddə vurğulanıb ki, qeyd edilən dövrdə tariflərin dövlət tənzimlənməsi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi, tariflərinə dövlət tənzimlənməsi tətbiq olunan sahələrin tədricən liberallaşdırılması, dövlət orqanları tərəfindən pullu və gələcəkdə pulsuz göstərilməsi mümkün olan xidmət sahələrinin müəyyən olunması, bu xidmətlərin maliyyələşməsi ilə bağlı mövcud problemlərin aradan qaldırılması üçün təşkilati-hüquqi və maliyyə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.
Bundan başqa, tarifləri tənzimlənən mallar (işlər, xidmətlər) üzrə monitorinq prinsiplərinin və tənzimləmə sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin müəyyən edilməsi, dövlət dotasiyasının mərhələlərlə aradan qaldırılması məqsədilə tariflərin iqtisadi cəhətdən əsaslandırılmış xərclərə uyğunlaşdırılması planlaşdırılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub