İlin sonunaq qədər bəzi məhsulların qiymətində artım olacağı deyilir.
Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadç Natiq Cəfərli bildirib ki, ilk artım kənd təsərrüfatı məhsullarında olacaq:
“Noyabrdan yerli məhsulların bazarda azalması kənd təsərrüfatı məhsullarının qiymətinin artmasına səbəb olacaq. Bu, mövsüm xarakterli artımdır.
Ətin qiymətinin yenidən bahalaşması gözlənilir. Yem məhsullarına tələbin artması, xüsusilə qış aylarında ətin qiymətinə təsir göstərəcək.
Xaricdə gedən proseslərdən asılı olaraq, Avrozonadan gətirilən məhsulların qiymətində də artım ola bilər. Avronun məzənnəsi manata nəzərən son aylar xeyli yüksəlib. Bu da Avrozonadan gətirilən məhsulların manatla ekvivalentinə təsir göstərəcək. Yağın qiyməti ilə bağlı dünya bazarında artım müşahidə olunur. Bu səbəblə, ölkədə kərə yağının qiymətində də artım olması gözləniləndir. İlin sonuna kimi kənd təsərrüfatı məhsullarından tutmuş, Avrozonadan gətirilən məhsullara qədər artımın olması gözləniləndir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub