“Novruz bayramı ərəfəsində ölkə daxilində dollara tələbatın artması qaçılmazdır”.
Mynews.az xəbər verir ki, bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Qalib Toğrul bildirib. Onun sözlərinə görə, fevralın sonu və martın əvvəllərində bayram hazırlıqları ilə bağlı əhalinin alıcılıq qabiliyyətinin artması gözlənilir:
“Nəzərə alsaq ki, əksər ilkin tələbat məhsulları ya xammal, ya da hazır məhsul şəklində idxal olunur. Məhsulların ölkəyə gətirilməsi üçün daxildə dollara tələbatın artması qaçılmazdır. Eyni zamanda, 9 günlük qeyri-iş günün olması bəzi vətəndaşlarımızın ölkədən kənarda bayram tətili keçirməsinə rəvac verəcək ki, bu da yekunda dollara tələbi gücləndirəcək. Hər iki amil dolların kursunun möhkəmlənməsinə şərait yaradacaq. Ancaq növbəti devalvasiyanı proqnozlaşdırmaq doğru olmazdı, bunun üçün iqtisadi əsas görümürəm. Artıq manatın kursunun nisbətən sərbəst buraxılması işləri həyata keçirilib, orta çəkili məzənnə siyasətinin yürüdülməsi müşahidə olunur. Təbii ki, banklar tərəfindən manipulyasiyaya yol verilməsi, bəzi spekulyativ addımların atılması da var. Ona görə də, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət tədbirlərini gücləndirməsi çox mühümdür. Hesab edirəm ki, son həftələr bankların məzənnə manipulyasiya ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar siyasəti və istehlakçıların hüquqların müdafiəsi Dövlət Xidməti də müvafiq araşdırmalara başlamalıdır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub