2019-cu ildə Azərbaycanda neft hasilatı 2017-ci ilə nisbətən 3,4% artaraq, 39 660,1 min ton təşkil edəcək.
Mynews.az bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnoz göstəricilərinə istinadən xəbər verir.
Bu ilin sonuna Azərbaycanda neft hasilatının həcminin 38 372,7 min ton olması gözlənlir.
Gələn il isə Azərbaycanda neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 2,2% azalaraq, 37 534,8 min ton olacağı proqnozlaşdırılır.
2020-ci ildə ölkədə neft hasilatının bu ilin proqnozu ilə müqayisədə 3,3% artaraq, 39 649,5 min ton, 2021-ci ildə isə 1,2% artaraq, 38 846,3 min ton olacağı gözlənilir.
Qeyd edək ki, növbəti il üçün beynəlxalq təşkilatlar tərəfindən neftin bir barelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq, 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib.
O da məlum olur ki, 2018-ci ildə "qara qızıl"ın orta qiyməti 45 dollar olduğu halda, 2019, 2020 və 2021-ci illərdə isə bu rəqəm 40 dollar olacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub