Azərbaycanla Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində 2016-cı il üzrə Fəaliyyət Proqramının "Texniki Əməkdaşlıq Mexanizmi Proqramı"nın Maliyyələşdirmə Sazişi imzalanıb.
Mynews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənədi Azərbaycan hökuməti adından nazir Şahin Mustafayev imzalayıb.
Sazişin məqsədi ölkəmizdə iqtisadiyyat, maliyyə və məhkəmə idarəçiliyi sahələrində həyata keçirilən islahatlara dəstək göstərməkdir. Proqram çərçivəsində ixracın təşviq olunması, kiçik və orta sahibkarlığın inkişafı, dövlət maliyyəsinin idarə olunması, əmək bazarı, standartlar sisteminin müasirləşdirilməsi, statistika sahəsinin inkişafı, vətəndaşlara hüquqi yardımın göstərilməsi sahəsində tədbirlər həyata keçiriləcək. Proqramın icrası üçün 13,5 mln. avro məbləğində vəsait ayrılacaq.
Xatırladaq ki, Avropa İttifaqı (Aİ) Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır. Aİ ölkələrinin Azərbaycanın xarici ticarətindəki payı 35%, əsas kapitala yönəlmiş investisiyalarda son 10 ildə 46%, qeyri-neft sektoruna birbaşa investisiyalarda isə 35%-dir. Aİ ölkələrinin Azərbaycanda 1 300-dən çox şirkəti fəaliyyət göstərir. Avropa İttifaqı ilə müxtəlif proqramlar (Tvinninq, TAİEX, Büdcəyə dəstək və s.) çərçivəsində də əməkdaşlıq həyata keçirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub