“Facebook” külək elektrostansiyası tikəcək

624
“Facebook” külək elektrostansiyası tikəcək

“Facebook” şirkəti Nebraska ştatında yerləşən yeni məlumat emalı mərkəzini enerji ilə təmin edəcək külək elektrostansiyası inşa etmək niyyətindədir.

Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsində tərəfdaş qismində “Trade Winds Energy” şirkəti çıxış edəcək. Külək elektrostansiyasının gücü 320 meqavat (MVt) təşkil edəcək. Bunun 90 minə yaxın yaşayış evini enerji ilə təmin etməyə imkan verəcəyi nəzərdə tutulur. Hazırda tikintisi aparılan mərkəzin fəaliyyəti üçün 200 MVt ayrılacaq, qalan enerji gücünü isə satışa çıxarmaq mümkün olacaq.

Şirkət nümayəndələri bir müddət əvvəl 2018-ci ildə bütün enerjinin təxminən 50 faizini ekoloji təmiz mənbələrdən əldə etmək niyyətində olduqlarını bildiriblər. Yeni külək elektrostansiyası gücünə görə Nebraskada ikinci stansiya olacaq. Ştatda birinci yeri 400 meqavatı generasiya edən “Grande Prairie” adlı obyekt tutur.

Şirkətin məlumat emalı mərkəzinin inşasının 2020-ci ildə başa çatacağı gözlənilir. Yerli KİV-in qiymətləndirməsinə görə, onun dəyəri 300 milyonu üstələyəcək. Mərkəz əməkdaşlarının vəzifələrinin nədən ibarət olacağı barədə məlumat verilmir.  

Xəbər lenti