Mynews.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib. Millət vəkili bildirib ki, erməni diasporu və bəzi xarici ölkələr də bu mühüm layihənin reallaşmasına mane ola bilmədi: "Bu böyük bir tarixi hadisədir. Azərbaycan artıq çox mühüm bir logistika mərkəzi olduğunu təsdiq etdi. Bu layihə Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində baş tutdu.
Hesab etsək ki, Avropa və Çin arasında 100 milyon tonlarla əmtəə tədavülü var, bunun da çox kiçik hissəsi Qazaxıstan-Rusiya marşrutu ilə, qalanları isə su yolu ilə daşınır və 40-45 günə başa gəlir. Bu layihə reallaşandan sonra isə həmin yük 10-15 günə Avropaya, oradan da Çinə qatarlarla daşınacaq. Bu, daşınmada kifayət qədər səmərəlilik deməkdir. Bu daşınma həm də Azərbaycanın xeyrinədir. Ən əsası, bu proses nəticəsində Ermənistan təcrid olunduğunu bir daha müşahidə edəcək".
Deputat qeyd edib ki, bu layihə Azərbaycanda iqtisadi artımı təmin edəcək: "Bu da əhalinin gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına səbəb olacaq".
Qeyd edək ki, bu gün Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistandan nümayəndə heyətləri mərasimdə iştirak ediblər.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub