ABŞ prezidenti Donald Trampın cümə axşamı Federal Rezerv Sisteminin yeni rəhbərini elan edəcəyi gözlənilir. Eyni zamanda, çərşənbə günü FES-in toplantısı keçiriləcək.
Mynews.az xəbər verir ki, Donald Trampın FES rəhbərliyinə Cerom Pauellinin namizədliyini irəli sürəcəyi bildirilir. Trampın kiçik siyahısında Stanford Universitetinin iqtisadçısı Cohn Taylor, Kevin Varş (ABŞ Mərkəzi Bankını mütəmadi olaraq tənqid edən 47 yaşlı iqtisadçı pul siyasəti və kommunikasiya sistemində dəyişikliyin tərəfdarı kimi tanınır), eləcə də, FES-in indiki rəhbəri Canet Yellen var.
Bildirək ki, Federal Açıq Bazar Komitəsinin (FOMS) bu çərşənbə keçiriləcək iclasında faiz dəyişikliyinə gedilməyəcək. Lakin dekabrda baş tutacaq toplantı ilə bağlı eyni fikirləri söyləmək çətindir. Belə ki, inflyasiya faizlərinin aşağı qalmasına rəğmən FOMS-un dekabrda faizləri artıracağına dair gözləntilər yüksəkdir.
Qeyd edək ki, FOMC çərşənbə günü keçiriləcək iclasında uçot siyasəti ilə bağlı qərarını Vaşinqton saatı ilə 14:00-da açıqlayacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub